Navalnıya yeni ittihamlar irəli sürülüb - ABŞ-dan reaksiya
18-02-2022 [12:33]
ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyada həbsdə olan müxalif lider Aleksey Navalnıya qarşı irəli sürülən yeni ittihamlardan narahatlığını ifadə edib.
Aleksey Navalnı 2021-ci il yanvarın 17-dən həbsdədir.
O, 2013 və 2014-cü illərdə də həbs cəzalarına məhkum edilmiş, 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzası almışdı.
2021-ci ildə şərti həbsin sınaq müddəti qaydalarını pozmaqda təqsirli bilinərək 2 il yarımdan çox müddətə azadlıqdan məhrum edilən Navalnıya bir neçə ay sonra ekstremist icmanın yaradılması və ona rəhbərlik ittihamı ilə yeni cinayət işi də açılıb. Hazırda bu iş üzrə istintaq gedir.
Navalnıya 6 epizod üzrə yeni ittihamlar da irəli sürülüb. Epizodlardan 4-ü dələduzluq, 2-si isə təhqirlə bağlıdır.
İstintaq bəyan edir ki, Navalnı 2018-ci ilin prezident seçkisi kampaniyasının gedişində başçılıq etdiyi təşkilatlar üçün toplanmış 350 milyon rubl məbləğində ianəni aidiyyəti üzrə xərcləməyib və məhkəmə hakimi Vera Akimovanı təhqir edib.
Vera Akimova bir müddət öncə Aleksey Navalnını müharibə veteranı İqnat Artyomenkoya böhtan atmaqda təqsirli bilərək cərimələmiş hakimdir.
Aleksey Navalnı 2021-ci ildə məhkəmənin ona təyin etdiyi 2 il yarımdan çox azadlıqdan məhrumetmə cəzasını paytaxt Moskva ətrafındakı 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.
2022-ci il fevralın 15-də ona qarşı irəli sürülmüş 6 epizodluq ittihamla bağlı ilk məhkəmə iclasını Moskvanın Lefortovo Rayon Məhkəməsi səyyar qaydada 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirib.
İclasda prokuror ittiham aktını oxuyub. O, müxalif liderin müharibə veteranı barədə söylədiyi, hakim Vera Akimovanın böhtan kimi qiymətləndirdiyi fikirləri elan edib.
Dövlət ittihamçısı həmçinin Vera Akimovanın təhqir olunduğuna sübut kimi vaxtilə Akimovanın apardığı məhkəmə prosesində Navalnının hakimə dediklərini diqqətə çatdırıb.
Daha sonra prokuror istintaqın dələduzluq kimi qiymət verdiyi epizodları sadalayıb.
Lefortovo Rayon Məhkəməsi fevralın 16-sı Navalnıya həyat yoldaşı ilə görüş təyin edildiyini nəzərə alaraq yeni ittihamlar üzrə məhkəmə baxışını bir neçə gün sonraya – fevralın 21-nə təyin edib/Novator.
Aleksey Navalnı istər əvvəlki, istərsə də yeni ittihamları rədd edir, bunların hamısının siyasi sifariş, siyasi təqib olduğunu bildirir.
Novator.az-ın məlumatına görə, ABŞ-ın dövlət katibi Entoni Blinken də faktiki eyni mövqedən çıxış edib.
Dövlət katibi özünün “Tvitter” şəbəkəsindəki hesabında yazıb ki, Navalnıya qarşı 2021-ci ildə siyasi motivli məhkəmə hökmü çıxarılıb.
Yeni ittihamların da şübhəli olduğunu qeyd edən və bundan narahatlığını ifadə edən Entoni Blinken vurğulayıb: “Navalnı və onun tərəfdarları məmurların korrupsiyalarını ifşa etdiklərinə görə təqib olunurlar”.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur.
Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri olan Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan müalicədən qayıdan Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub. Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi sınaq müddəti qaydalarını pozma ittihamı ilə onun barəsində 30 sutka həbs qətimkan tədbiri seçib. Fevralın 2-də isə Moskvanın Simonov Rayon Məhkəməsi eyni ittihamla Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Fevralın 20-də Moskva Şəhər Məhkəməsi həbs müddətini 2 il 6 ay 2 həftəyə endirib.
Həbsindən sonra Rusiyada Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyətlə və ya terrorla məşğul olan təşkilatlar siyahısına daxil edilib, fondun fəaliyyəti rəsmən dayandırılıb.
Mia.az
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
İlham Əliyev Şamaxıda - FOTOLAR
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb