XİN başçısı: “Belarusda bir dənə də olsun rus hərbçisi qalmayacaq”

img

16-02-2022 [13:23]


Birgə hərbi təlimlər bitdikdən sonra Rusiyanın bütün qüvvələri Belarusu tərk edəcək.

"BelTa” xəbər verir ki bu barədə Belarusun xarici işlər naziri Vladimir Makey keçirdiyi mətbuat konfransında deyib.

“Təlimlərdən sonra Belarusda bir dənə də olsun rus hərbçisi və ya Rusiya hərbi texnikası qalmayacaq”, - nazir vurğulayıb.

Belarus XİN rəhbəri qeyd edib ki, iki ölkənin birgə hərbi təlimlər keçirmək üçün kifayət qədər əsası var, çünki NATO Qərbdə, o cümlədən Belarusla həmsərhəd ölkələrdə fəaldır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA