13-03-2014 [23:06]
Azərbaycanda sürücülər üçün maraqlı layihənin icrasına başlanılıb. «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi B Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə «Yol hərəkəti təhlükəsizliyində ictimai maarifləndirmənin təşkili» adlı layihə çərçivəsində bir sıra yeniliklər edəcək. Bu barədə məlumat verən Mərkəzin sədri Elməddin Muradlı bildirib ki, martın 1-dən etibarən icrasına başlanılan layihənin hazırlıq mərhələsində uğurlu işlər görülüb. Belə ki, yaxın günlərdə sürücüləri yol hərəkətinə aid bütün məsələlərlə bağlı məlumatlandırmağa, yeniliklərdən xəbərdar etməyə xidmət edəcək yeni sayt – avtosfer.az saytı fəaliyyətə başlayacaq. Həmin saytda qanunvericilik bazası, yol polisi ilə əlaqələr, yol polisinə suallar, yol hərəkətinə aid qanunlarda və müxtəlif sahələrdə yeniliklər barədə geniş məlumat əldə etmək mümkün olacaq: «Saytda insanları maraqlandıran suallar da operativ şəkildə cavablandırılacaq. Sürücülər onları narahat edən istənilən məsələ ilə bağlı bizə müraciət edə bilərlər. Saytımız hər bir sürücünün, yol hərəkəti iştirakçısının üzünə açıq olacaq».
Bundan əlavə, layihə müddətində gənc sürücülərlə bir neçə görüş keçirilməsi nəzərdə tutulur. Elməddin Muradlı bildirib ki, belə görüşlər əsasən 46 saylı məktəbdənkənar tərbiyyə işi mərkəzində keçiriləcək: «Çünki həmin məktəbdə yeni sinif otaqları quraşdırılıb ki, orada sürücülərin praktiki təlim keçməsi üçün hər cür şərait var. Cənubi Qafqazda ilk belə sinif otaqları məhz Azərbaycanda hazırlanıb. Biz də sürücüləri, sürücü olmaq istəyən şəxsləri həmin siniflərdə təlimlərə cəlb edib yol hərəkətinin məsuliyyəti barədə məlumatlar verib onlara əyani misallar təqdim edəcəyik».
Layihədə daha bir maraqlı məqam isə üzərində müxtəlif maarifləndirici şüarların əks olunduğu yapışqanların hazırlanıb sürücülərə paylanmasıdır: «Mən müşahidə etmişəm. Azərbaycanda bu cür yapışqanlardan istifadə edən bəzi sürücülər lazımsız sözlər yazdırırlar və maşının üstünə yapışdırırlar. Biz isə düşündük ki, bu yapışqanlara daha diqqət çəkən şüarlar yazıb sürücüləri maarifləndirək».
Layihə müddətində sürücülər yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovdan və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından faydalı məlumatlar əldə edə biləcəklər.
Sabiq bələdiyyə sədri deputata yumruq atan oğlunun fotosunu kollaj etdi: "Sən bir nazirə hücuma cəhd edərsənsə.." - FOTO
Yusuf Şimşek Baş məşqçi oldu
Makrondan Avropaya xəbərdarlıq: "Çin avtoritar rejimdir, səhv etməyin, bu, onların ortaq seçimidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Lavrov: "Bu, özlüyündə yaxşı bir şeydir"
Gəncədə qadın öz övladını xəstəxanada atıb gedib
Hərbçi dəm qazından zəhərlənərək ölüb
"Azeronline" aylıq paketi bahalaşdırıb, daha sonra isə... - "Sözündən belə çıxır ki, yemirsən cəhənnəmə ye!"
İsrail Qəzza üzrə Sülh Şurasına rəsmən üzv olub
NATO Baş katibi: "Rusiya ilə dialoqu dəstəkləyəcəm"
ZÜLFÜQARLILARIN AVTOMOBİLİ İLƏ ÖLÜM İŞİ – Ramiz Mehdiyevin qardaşı oğlu hansı qərarı verəcək?
İki özəl kanala lisenziya verildi
Baş nazirin sabiq müavinin qızı nazirliyə ofis icarəyə verib
Türkiyədə iki telekanal cəzalandırıldı - Səbəblər
PREZİDENT İLHAM ƏLİYEV MÜŞAVİRƏ KEÇİRDİ, TAPŞIRIQLAR VERDİ - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul etdi
Türkiyə Liviyada neft və qaz axtarışına başlayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fariz Babayev yeni vəzifəyə təyinat aldı
Hospitalın rəisi vəzifədən azad edilib - Zakir Həsənov polkovnikə yeni vəzifə verdi
Dövlət Statistika Komitəsinin sədri kollektivə təqdim olunub - Xalid Əhədov tərəfindən
Prezident İlham Əliyev fərman imzaladı - Qrantla bağlı
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
Pezeşkian: "Etirazı bir nemət kimi görürük, amma..." - "Heç bir əsl iranlı məscidi yandırmaz"
İsrail ordusu Livanın cənubunu bombalayıb
Xalq artisti: "Əgər yazıçı 5 manatından keçib teatra gəlmirsə, mən niyə onun kitabını almalıyam?"
Prodüsser Ayşe Barıma 12.6 il həbs cəzası verildi
"Neftçi" klubu cərimələnib
Onlar direktor təyin olundu - SİYAHI
"Hələ zavod çörəyi bahalaşmayıb, amma..." - Ekspert
Əməkdar artist: "...bir daha bu dünyaya gəlmə!" - VİDEO
“Kapital Bank” müştərilərin bank kartlarını niyə kütləvi bloklayır? - Maaşlar da "qara siyahı"dadır
Semeru dağında vulkan ard-arda beş dəfə püskürüb - İndoneziyada
Almaniya ordusu "dron sürüsü" alır - 536 milyon avro dəyərində
"Turan Tovuz”un məşqçisi cəzalandırıldı - Kluba isə 10 min manat cərimə kəsildi (VİDEO)
Pensiyalar iki aylıq artımla bir yerdə veriləcək - AÇIQLAMA
FAO ilə ANAMA ilə arasında yeni əməkdaşlıq müzakirə olunub
Epşteyn işi: 6 milyonçunun adı niyə sənədlərdə gizlədilib?
"Qəbələ" klubu əcnəbi futbolçu ilə anlaşıb
Mərkəz: "Ölkənin yeyinti məhsullarının ixrac dəyəri 22,6 % artıb"
Bakı və Əbu-Dabi arasında Anlaşma Memorandumu imzalanıb
"Qarabağ" – "Nyukasl" matçının biletləri sabah satışa çıxarılır