Azərbaycanda arvadının intim görüntülərini yayan kişi ilə bağlı yeni məlumat

img

13-03-2014 [10:58]


Ağcabədi rayonunda arvadının intim görüntülərini yayan kişi ilə bağlı şok məlumatlar ortaya çıxdı. Rayon polis şöbəsindən bildirilib ki, televiziyada başqa kişilə intim görüntüləri yayılan qadının əri, Göyçay rayon sakini Pərviz Əliyev Xocavənd sakini Elmidar Səfərovun çobanıdır. Bir neçə gün əvvəl E.Səfərov polisə şikayət edib ki, P.Əliyev onun 36 baş xırdabuynuzlu mal-qarasını Ağcabədi mal bazarında sataraq pullarını mənimsəyib. Pullarını isə başqa bir qadına xərcləyib. 

Polis tərəfindən müəyyən edilib ki, P.Əliyev ayrı-ayrı vaxtlarda 29 baş, martın 9-da saat 04 radələrində isə 7 baş malını sataraq ailəsini fermada qoyaraq qaçıb.

Hazırda təhqiqat araşdırması aparılır. Telefonla polisə heyvanları sataraq pulları mənimsədiyini etiraf etsə də, qaçıb gizlənir.

 Bu arada isə Elmidarın şəriki olan Qəhrəman Camalovun həmin çobanın həyat yoldaşı ilə intim görüntüləri yayılıb. Qadın Qəhrəmanla ər-arvad kimi yaşadığını etiraf edib(anspress)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA