Bakıda 6 nəfər Novruz tonqalında yanıq xəsarəti alıb

img

19-03-2014 [10:22]


Ötən gün qeyd olunan ilaxır çərşənbəsində Bakıda 6 nəfər tonqal ətrafında yanıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, onlardan 5-nin yanıq xəsarətləri yüngül olduğu üçün hadisə yerində ilkin-tibbi yardım göstərilib. Həkimin sözlərinə görə, onların bəzilərinin əlləri yanıb, biri isə külək nəticəsində alov üzünə vurub və yüngül yanıq xəsarətləri alıb.
 
Z.Vahidova qeyd edib ki, tonqal ətrafında yananlardan birinin dərəcəsi ağır olduğuna görə Respublika Yanıq Mərkəzinə yerləşdirilib: "Hadisə ötən gün Bakının Keşlə qəsəbəsində qeydə alınıb. Belə ki, 10 yaşlı Aliyə Həsənova tonqalın üzərindən tullanarkən alovun üstünə düşüb. Onun aşağı ətraflarında, sol əlində ciddi yanıq xəsarətləri olduğu üçün  Respublika Yanıq Mərkəzinə yerləşdirilib”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA