“Nar” komandası “Breyn Rinq” üzrə  Azərbaycan çempionu olub

img

24-01-2022 [18:28]


“Nar” komandası “Breyn Rinq” üzrə 2021-cu ilin Azərbaycan çempionu tituluna sahib olub.

Mia.az xəbər evrir ki, Azərbaycannın 6 universitet və 6 region komandası da daxil olmaqla 16 komanda 4 ay boyunca gərgin mübarizə aparıb. Finalda “Nar” komandası “Bilik” kubokunun sahibi “Bridge” komandası ilə qarşılaşıb və ilin qalib olub.

“Azerfon”un Baş icraçı direktoru Qunnar Panke qalib “Nar” komandasının üzvləri ilə görüşub və onları təbrik edib: “Nar” komandasının mütləq çempion olaraq xüsusi seçilməsi sizin əzminiz, savadınız və cəld düşünmə qabiliyyətiniz sayəsində olub. Belə savadlı gənclərin nailiyyətləri bizi sevindirir və uğurlarınızın davamlı olmasını diləyirəm”.

“Breyn Rinq” bilik yarışı “Nar”ın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində elm və təhsilə dəstək layihələrindən biridir. Mobil operator artıq 9 ildir ki, “Breyn Rinq” intellektual oyununa dəstək olur. “Nar”ın sosial layihələri haqqında ətraflı məlumatı http://www.nar.az səhifəsindən əldə etmək olar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA