Sabahın hava proqnozu açıqlandı

img

24-01-2022 [13:00]


Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA