Türkiyə futboluna ağır itki - Ahmet Çalık avtomobil qəzasında ölüb

img

11-01-2022 [11:45]


Türkiyənin "Konyaspor" klubunun futbolçusu Ahmet Çalık qəzada ölüb.

Mia.az xəbər verir ki, 28 yaşlı müdafiəçi avtomobil qəzasında vəfat edib.

Qeyd edək ki, 2020-ci ildən "Konyaspor"da çıxış edən oyunçu 8 dəfə Türkiyə yığmasının formasını geyinib. 2017 - 2020-ci illərdə "Qalatasaray"ın şərəfini qorumuş müdafiəçi 2017/2018 və 2018/2019 mövsümündə Türkiyə Super Liqasının qalibi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR