Agentlikdə yeni kadr dəyişikliyi olub

img

10-01-2022 [12:57]


Energetika Nazirliyi yanında Enerji Məsələlərinin Tənzimlənmə Agentliyinin (EMTA) Lənkərandakı regional bölməsində kadr islahatı həyata keçirilib.

Məlumata görə, EMTA-nın Lənkəran regional şöbəsinin rəhbəri Ramin Əliyev vəzifəsindən azad edilib.

Onun yerinə bu vəzifəyə İntiqam Mehdiyev təyin edilib.

“Report”un sorğusuna cavab olaraq Agentlikdən bu xəbəri təsdiq ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2017-ci il 22 dekabr tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Enerji Məsələlərini Tənzimləmə Agentliyi” (EMTA) yaradılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA