Sumqayıtda xəstəxanada yanğın olub - 15 nəfər zəhərlənib (YENİLƏNİB)

img

08-01-2022 [09:01]


Sumqayıt şəhərində ümumi sahəsi 4280 m² (hər mərtəbəsi 1070 m²) olan mansarda tipli dördmərtəbəli xəstəxana binasının birinci mərtəbəsində otağın və dəhlizin yanar konstruksiyaları 134 m² sahədə yanıb.

Mia.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğın zamanı xəstəxananın yerləşdiyi mərtəbələrdən yanğınsöndürənlər tərəfindən 32 nəfər (xəstə) xilas edilib, 49 nəfər (xəstə və personal) təhlükəsiz əraziyə təxliyə olunub. Xilas edilənlərdən 15 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadası tərəfindən digər xəstəxanaya aparılıb.

Əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

***

Sumqayıtda xəstəxanada yanğın söndürülüb.

Mia.az FHN-ı istinadla istinadən xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

***

Sumqayıtda xəstəxanada yanğın başlayıb.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi digər zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA