Xaricdə doktorantura təhsilinə sənəd qəbulunun vaxtı bəlli oldu

img

07-01-2022 [14:05]


Xaricdə doktorantura təhsilinə sənəd qəbulunun vaxtı bəlli oldu.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir.

Bu il üçün birinci sənəd qəbulu fevral-aprel ayında, ikinci sənəd qəbulu isə iyul - sentyabr aylarında baş tutacaq.

Qeyd olunub ki, proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.

Maraqlananlar tələb olunan sənədlərlə link vasitəsilə tanış ola bilər. Əlavə sual yaranarsa, FAQ/MVS və ya [email protected] elektron ünvanına müraciət etmək mümkündür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA