Tərcüməçi-yazar "Azəriqaz"dan şikayətçidir: "Hər abunəçidən bu qədər artıq alsalar..." - FOTO

img

06-01-2022 [16:05]


""Azəriqaz" indicə gəlib qapını-zadı döymədən bu bildirişi gizlicə qoyub qaçıb. Son göstəricini 1283 kub yazıblar və 25 qəpikdən hesablayaraq 141.25 AZN çıxarıblar".

Mia.az xəbər verir ki, bu sözləri tərcüməçi-yazar Nadir Qocabəyli deyib.

O bildirib ki, dekabrin 31-də fotosunu çəkib "Azəriqaz"a göndərdiyi sayğacdakı son göstərici 1185 kub olub:

"Deməli, 98 kubu mənə 12 qəpik əvəzinə 25 qəpikdən hesablayıblar. Hər kubda 13 qəpik artıq. Bu da 12 manat 74 qəpik edir. Hər abunəçidən bu qədər artıq alsalar, görün, hara vurur. Mən o pulu şəxsən ödəməyəcəyəm, 12 qəpiklik limitimin üzərinə gəlinməsini gözləyəcəyəm.

Şapalaq üz qızardaraq 10 manata kitab sat, onu da dələduzlar əlindən alsın...".

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA