Azərbaycanda körpələrə ən çox bu adlar qoyulur - SİYAHI

img

06-01-2022 [12:31]


Ötən il Azərbaycanda körpələrə qoyulan qəribə adlar məlum olub.

Məlumata görə, 2021-ci il ərzində valideynlərin övladlarına qeyri-adi adlar verməsi geniş yayılmasa da, belə hallara rast gəlinib.

Belə ki, ötən il Ayda, Əhmədov, Aydəs, Balış, Diliş, Dərdayıl, Doğru, Dəftər, Gil, Şərbala, Koroğlu və Həci adlarının hərəsi bir uşağa verilib.

Eyni zamanda, 2021-ci il ərzində iki uşağa Qəribə, iki uşağa Gilə və daha iki uşağa isə Dua adı qoyulub.

Xatırladaq ki, ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar sırasında Əli və Zəhra üstünlük təşkil edib/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA