Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
06-01-2022 [00:02]
Qoç - inanın ki, hər şey yaxşıdır. Qüvvənizə və potensialınıza inansanız, yaxşı nəticələr əldə edə bilərsinz. Ünvanınıza çoxsaylı tənqidlər səslənəcək. Belə tənqidləri qulaqardına vurun, gərəkli bildiyiniz kimi hərəkət edin.
Günün ikinci yarısında yeni sifariş və ya maraqlı təklif istisna deyil. Məntiqli davransanız, gəlirləri artırmaqla yanaşı, peşəkar fəaliyyət sahəsindəki mövqeləri daha səbatlı edə bilərsiniz.
Ciddi təmaslara can atırsınızsa, şəxsi münasibətlərdə önəmli dəyişikliklər olacaq.
Buğa - günün ilk yarısı tərəfdaşlıq və əməkdaşlıq üçün əlverişlidir. Ünsiyyət pis olmayacaq. Mürəkkəb sayılmayacaq işə başlayın. Ciddi, ağır layihə və ya sifarişin reallaşmasını bir qədər ertələyin. Bu gün sizə maneələr yaradacaq çox məqamlar var.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Özünüzü qoruyun. Ağır fiziki iş, yorucu məşğuliyyət məsləhət deyil. Yeməyinizə fikir verin.
Axşam saatlarında gəzintiyə çıxın.
Əkizlər - uğur əldə etmək üçün ehtiyatı unutmayın. Həddən artıq çalışmayın, özünüzü ifrat dərəcədə yormayın. Fəaliyyətinizdə rasionallıq olmalıdır. Hesabatlarda və sənədləşdirmədə diqqətli olun.
Günün ikinci yarısında ailə qarşısında borc hissi sizi radikal addımlar atmağa vadar etməsin. Məişət problemlərini həll edəndə təmkinli olun. Qaba və kobud davranmayın.
Hisslərinizi cilovlamağınız məsləhətdir.
Xərçəng - çoxdan bəri nəzərdə tutduğunuz məsələni indi gerçəkləşdirmək olar. Uzun müddət görmədiyiniz insanla qarşılaşacaqsınız. İntuisiyanızın səsini dinləyin. O səs sizi aldatmayacaq, bir çox problemlərin həllində yardım edəcək.
Alış-veriş etmək olar. Simiclik etməyin.
Axşam saatlarını ailəvi istirahətə həsr edin. Qonaqlar sizdə pozitiv əhval-ruhiyyə yaradacaqlar.
Şir - günün ilk yarısı əlverişli və sərfəli zamandır. Zəhmətkeş olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün maneələri dəf edin. Həmkarlarınız və işgüzar tərəfdaşlarınızla münasibətlərinizin harmonik ollmasına can atın.
Günün ikinci yarısında münaqişə başlasa belə, onun alovlanmasına imkan verməyin.
Şəxsi münasibətlərdə xoşagəlməz hallar və ya yaxınlarınızla təmaslarda çətinliklər yaranarsa, nöqsanlarınızı aradan qaldırın. Ailə problemlərinin həlli üçün konkret addımlar atın.
Qız - xəyallar və illüziyalara qapılaraq reallıqdan uzaqlaşmayın. Mühüm qərarın qəbulunu, sənəd imzalanmasını ertələyin. Çox yaxın vaxtlarda fikrinizi dəyişməyiniz, mövqeyinizdə yeniliklər etməyiniz istisna deyil. Tələsik qərarların heç bir mənası yoxdur.
Günün ikinci yarısında yarımçıq işləri başa vurun, planları gerçəkləşdirin. Situasiya çətin olsa da, irəliləməyə çalışın. Yaxınlarınızı sevindirin.
Axşam saatlarını evdən kənarda keçirə bilərsiniz.
Tərəzi - günün ilk yarısında yaranan çətinliklər sizi qorxutmasın. Ruhdan düşməyin, bədbinləşməyin. Maraqlarınız tələb edirsə, rəqib sandığınız insanla müvəqqəti atəşkəs anlaşması əldə etmək olar. Dostların əlaqələrindən və təmaslarından yararlansanız, pis olmaz.
Günün ikinci yarısında əməl və qərarlarınız yaxın ətrafınızdakı insanların rəğbətinə səbəb olacaq. Yaxınlarınızla münasibətləri normallaşdırın. Romantik hisslərə aldanmayın. Belə hisslərə köklənmiş əlaqənin ömrü uzun olmayacaq.
Əqrəb - yaşam enerjinizin səviyyəsi yüksəkdir. Bundan yararlanmağa çalışın. Özünüzü əsl peşəkar kimi göstərin. İşgüzar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdə problemlərin həllində yardımlara ehtiyacınız varsa, məsləhətlərdən istifadə edin.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Maraq göstərdiyiniz insanlarla təmasları fəallaşdırın. Dostların sayını artırın. Tərəfdaşlarla intensiv əməkdaşlıqda fayda var.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Oxatan - gördüyünüz işə yaradıcı yanaşın. Rəqiblərdən üstün və təcrübəli olduğunuzu göstərin. Aktiv olsanız, problemləri həll edə biləcəksiniz. Xarici görünüşünüzə fikir verin. Unutmayın ki, paltara görə qarşılayıb ağıla görə yola salırlar.
Günün ikinci yarısında alış-veriş uğurlu olacaq. Amma yalnız gərəkli, büdcənizə zərbə vurmayacaq əşyalar alın. Yaxınlarınızla situasiya ideal vəziyyətdən uzaqdır. Təmasları yaxşılaşdırın.
Oğlaq - səlahiyyət və məsuliyyət sahəsini genişləndirmək olar. Adət etmədiyiniz, alışmadığınız işlə məşğul olmaq məcburiyyətində qala bilərsiniz. Narahat olmayın, yaxşı təcrübə əldə edəcəksiniz. Yaşamınızın müəyyən sahələrində paradoksal situasiya yarana bilər.
Günün ikinci yarısında yaxınlarınızdan birinin yardıma ehtiyacı var. Ona kömək etsəniz, münasibətlərdə nikbinlik bərqərar olacaq, anlaşılmazlıqlar aradan qalxacaq.
Axşam saatlarını ailə üzvləri ilə keçirin.
Dolça - yaşam enerjinizi məqsədə çatmaq üçün effektiv variantların reallaşdırılmasına yönəldin. Peşəkar fəaliyyətinizdən kənar sahədə izafi aktivlik etməyin. İşdə sosial şəbəkələrdə vaxt keçirməyin, telefonla uzun danışmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə həssas və diqqətli olun. Ailə üzvlərinizdən birinin problemində suçlu aramayın. Şəraitdən asılı olmayaraq səmimi, qayğıkeş insan təsiri bağışlayın.
Subaysınızsa, taktikanı dəyişmək zamanıdır.
Balıqlar - mənasız və səbəbsiz risk etməyin, kiçik məsələlərə görə qıcıqlanmayın. Belədə gününüz pis keçməyəcək. Başladığınız işlərdə ehtiyatlı olun. Cari və rutin məsələlərdə sərvaxt davranın. Maraqlı görüş, tanışlıq ola bilər. Yeni ünsiyyətlər perspektivlidir.
Günün ikinci yarısında bəzi təmaslar ümidlərinizi doğrultmayacaq, ünsiyyətdə problemlər yaranacaq.
Uzaq səfərə yollanmaq, yola çıxmaq üçün münasib deyil. Mühüm məsələləri adət etdiyiniz, komfortlu şəraitdə müzakirə edin.
Milli.Az
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SƏHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb
Prezident İlham Əliyev general-qubernatora məktub ünvanlayıb - MƏTN
Şəhid şair Bəhmən Abuzəroğlunun xatirəsi yad edildi - FOTOLAR
Bakıda narkokuryer 10 kq narkotiklə tutulub
QIZIL REKORD HƏDDƏ BAHALAŞDI - QİYMƏTLƏR
Bakıda məşhur hoteldə ofisiant iş yoldaşını öldürüb
ƏMƏK PENSİYALARI BU QƏDƏR ARTIRILACAQ - Deputat məbləği açıqladı
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
İranda etirazlar davam edir - Ölənlərin sayı 5848-ə çatıb
Göygöl rayonunda 26 yaşlı gənc 37 yaşlı kişini öldürüb
İsrail Livana yenə zərbələr endirib
Bakıda yaşlı qadın öldürülüb
"Bizimlə donuzdan da pis rəftar edirdilər" - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
Çində dünyanı silkələyən skandal: məşhur general nüvə sirlərini ABŞ-a satıb - Cinayət işi açılıb
Türkiyədə zəlzələ olub - 4.4 bal gücündə
Bu gün magistraturaya sənəd qəbulu başa çatır