Şirvanda bir ailənin üzvləri dəm qazından zəhərlənib

img

05-01-2022 [13:02]


Şirvanda bir ailənin üzvləri dəm qazından zəhərlənib.

Məlumata görə, hadisə Şirvan şəhəri T.İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, Şirvan sakinləri - 1956-cı il təvəllüdlü Fərəcov Mətləb İsaq oğlu, onun oğlu, 1986-cı il təvəllüdlü Fərəcov Sabir Mətləb oğlu, 1985-ci il təvəllüdlü Həmzəyeva Bənövşə Məhəmməd qızı və 2012-ci il təvəllüdlü Fərəcov Rəhman Sabir oğlu evdə olarkən dəm qazından zəhərləniblər.

Ailə üzvləri dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilk tibbi yardım göstərilib. Onların vəziyyətlərinin sabit olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA