Zəfər yolu ilə Şuşaya doğru... - Samir Adıgözəlli Şuşa səfərindən yazır
04-01-2022 [20:32]
Çox səhərlər olub ki, sübh tezdən evdən çıxıb hansısa bir rayona xüsusi ilə də xaricə səfərə yol almışam. 30 ildən artıqdır maşınla, qatarla, təyyarə ilə vətəndən uzaqlara səfər edib vətənin səsini dünyaya haraylamışam.
2021-ci ilin 29 dekabr tarixinin səhəri o səhərlərdən çox fərqli və çox təsirli idi. Bu dəfə Şuşaya yol alırdım. Şuşaya azadlığ tələb etmək üçün bilmirəm neçə səhərlər evdən, vətəndən ayrılıb dünyanın müxtəlif şəhərlərinə səfər etmişəm. İndi məhz Qarabağımızın tacı, milli heysiyyat nöqtəmiz olan Şuşaya səfər etmək hər bir azərbaycanlıya olduğu kimi, mənim üçündə böyük qürurdur.
Zəfər yolu ilə Şuşaya doğru yol gedirik. Bütün yolboyu sağı-solu pəncərədən seyr etdikcə, o böyük 44 günün qəhrəmanları gözümün önünə gəlirdi. Sanki onlarda bir daha bizim ilə bərabər Şuşaya doğru irəlləyirdilər. Azad edilmiş torpağlarımızdan sakit və həyəcansız keçmək mümkün deyildi. Bu yerdə böyük türk şairi Mehmet Akif Ersoyun bir misrasını qeyd etmək istəyirəm:
“Basdığın yerlərə, torpaq, deyərək keçmə tanı:
Düşün altında minlərlə kəfənsiz yatanı,
Sən şəhid oğlusan incitmə yazıqdır Atanı:
Vermə, dünyaları alsanda, bu cənnət vətəni.” (Şəhidlərimizin ruhları şad olsun!)
Şuşaya çatırıq və birbaşa ilk olaraq Cıdır düzünü ziyarət edirik. Cıdır düzü Şuşa şəhəri ilə tez-tez adı hallanan həm də Şuşanın simvollarından biri olan məkandır. Cıdır düzü tarix boyu qəhrəman oğullarımızın at çapdığı, xalqımızın toy-bayram keçirdiyi yer olub. Bu yerlərin düşmən tapdağı altında qalması və buradan bizə qarşı mənəvi işgəncənin göstərilməsi qürurumuzu çox sarsıtdı.
Cıdır düzündən qayalıqları, yüksəklikləri, ətrafı seyr edib dərin nəfəs aldım. Nəfəsimin belə azad olunduğunu hiss elədim. Şuşaya, Qarabağa azadlıq, hürriyyət istədiyimiz bir çox fərqli tədbirlərdə çıxışlar, çağırışlar, mübahisələr, müzakirələr, yüksək səs tonu ilə səsləndirilən tələblər film lenti kimi gözlərimdə canlandı. İndi artıq Şuşanın özünə qovuşmuş Şuşadan dünyaya bir çağırış etmək istəyirəm:
“Şuşa tarixi-mədəni irsimizin zəngin dəyərlərini daşıyan hər qarışında keçmişimizin yaddaşının həkk olunduğu Azərbaycan şəhəridir. Şuşa quruluşu, yaşantısı, torpağı, daşı, təbiəti ilə Azərbaycandır. Şuşanı heç bir qüvvə 28 il deyil 200 ildə işğal altında saxlamış olsaydı ruhunu bizdən ayıra bilməzdi. Və ayıra bilmədilərdə.”
İndi Şuşa yenidən doğulub, yenidən dirçəlir, yenidən Azərbaycanımızın və dünyanın ən gözəl yaşanılacaq məskəninə çevriləcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etməsi məhz bu amala xidmətin bariz nümunəsidir.
Milli həmrəylik günü ərəfəsində Şuşaya ilk ziyarətimi ömrümün keçən dövrü üçün bəxtəvərlik sayıram. 28 il Şuşa üçün yazdığ, danışdığ, çalışdığ. Yalnız bu gün Şuşanı görəndə keçirdiyim həyəcan insanda nə yazacağını nə danışacağının rabitəsini itirərək yalnız sevinc gözyaşlarına qərq edir.
Azad edilən torpaqlarımız milli həmrəyliyimizin, birliyimizin, diriliyimizin var olma səbəbidir. Yəqin ki, Şuşadan yenə yazacağam, ora səfərlər edəcəm, tədbirlər keçirəcəyik, Şuşamızı bir daha dünyaya tarixi-mədəni irsimiz olaraq tanıdacağıq.
Bu gün isə Şuşa üçün deyəcəyim yalnız bir söz var: ŞƏHİDLƏRİMİZƏ minnətdarlığ və TANRIMIZA şükürlər olsun!
Xalqımıza bu sevinci bəxş edən vətən mülkündə müqəddəs bayrağımızı dalğalandıran müzəffər Azərbaycan ordusuna, cənab Ali Baş Komandana təşəkkürümü bildirirəm!
Başlanan yeni ildə xalqıma, dövlətimə Şuşa zəfəri kimi böyük uğurlar arzu edirəm!
Samir Adıgözəlli,
İSBAM sədri,
boyukmillet.com baş redaktoru
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SƏHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb
Prezident İlham Əliyev general-qubernatora məktub ünvanlayıb - MƏTN
Şəhid şair Bəhmən Abuzəroğlunun xatirəsi yad edildi - FOTOLAR
Bakıda narkokuryer 10 kq narkotiklə tutulub
QIZIL REKORD HƏDDƏ BAHALAŞDI - QİYMƏTLƏR
Bakıda məşhur hoteldə ofisiant iş yoldaşını öldürüb
ƏMƏK PENSİYALARI BU QƏDƏR ARTIRILACAQ - Deputat məbləği açıqladı
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
İranda etirazlar davam edir - Ölənlərin sayı 5848-ə çatıb
Göygöl rayonunda 26 yaşlı gənc 37 yaşlı kişini öldürüb
İsrail Livana yenə zərbələr endirib
Bakıda yaşlı qadın öldürülüb
"Bizimlə donuzdan da pis rəftar edirdilər" - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
Çində dünyanı silkələyən skandal: məşhur general nüvə sirlərini ABŞ-a satıb - Cinayət işi açılıb
Türkiyədə zəlzələ olub - 4.4 bal gücündə
Bu gün magistraturaya sənəd qəbulu başa çatır