Azərbaycanda 5 gün iş olmayacaq

img

31-12-2021 [09:03]


Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 5 günlük tətil başlayıb.

Mia.az xəbər verir ki, tətil günləri 2021-ci ilin dekabr ayının 31-i, 2022-ci ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edir.

Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramı günləridir.

Yanvar ayının 1 və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq iş və istirahət günlərinin yeri dəyişdirilərək yanvarın 3 və 4 tarixləri də qeyri-iş günü olacaq.

Beləliklə, tətil günləri ölkədə ardıcıl olaraq 5 gün davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA