Azərbaycanın Ermənistana qaytardığı hərbçilərdən biri saxlanılıb

img

30-12-2021 [16:18]


Azərbaycanın Macarıstanın vasitəçiliyi ilə Ermənistana təhvil verdiyi 5 hərbçidən biri Ermənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

“Sputnik Armeniya” xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, təhvil verilən hərbçilər hüquq-mühafizə orqanlarında dindirilib, ancaq onlardan yalnız Arman Xaçatryan saxlanılıb. Belə ki, o, döyüş növbətçiliyi və ya hərbi xidmət qaydalarını pozmaqda şübhəli bilinir.

Xatırladaq ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq ötən gün Macarıstan vasitəçiliyi ilə 5 erməniəsilli şəxsi Ermənistan tərəfinə təhvil verib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA