Azad olunan ərazilərə qanunsuz girmək istəyənlər saxlanıldı - FOTO

img

30-12-2021 [10:54]


Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində işğaldan azad edilən ərazilərə nəzarət postlarından kənar yollarla və müvafiq icazəsi olmadan keçən 2 nəfər saxlanılıb.

Mia.az DİN-ə istinadla bildirir ki, araşdırmalarla onların Laçın rayon sakinləri - Qurban Həşimov və Cavanşir Qurbanov olduqları müəyyən edilib.

Xəbərdarlıqlara baxmayaraq minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olduqlarına görə həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə inzibati qaydada C.Qurbanov 10 gün müddətinə həbs, Q.Həşimov isə cərimə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA