Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
30-12-2021 [00:05]
Qoç - Narahatlıq və təlaş üçün heç bir səbəb yoxdur. Günün emosional fonu yetərincə uğurludur. Qarşınıza genişmiqyaslı məqsədlər qoymasanız da, zəhmət çəkməli, çalışmalısınız. Saatlarınızı məhsuldar keçirməyə çalışın.
Şanslarınızı əldən verməyin. Situasiyadan faydalanın.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Axşam saatları maraqlı tanışlıqlar vəd edir. Dürüst seçim etdiyinizə əmin olun.
Buğa - Yaxın ətrafınızdakı insanların gizlətməyə və pərdələməyə çalışdıqları məqamları görməyə, aşkarlamağa çalışın. Boş söhbətlərə qatılmayın. Nə isə deməzdən əvvəl yaxşı düşünün. Başqalarının sirlərini faş etməyə can atmayın. Əks təqdirdə qalmaqal qaçılmaz olacaq.
Günün ikinci yarısında səfər və ya gəzinti yaxşı nəticə verəcək. Güzəştə hazır olsanız, yaxınlarınızla münasibətləriniz pis olmayacaq. Kiçik məqamlara və xırda işlərə görə mübahisə etməyin.
Axşam saatlarında dostlarla görüşə bilərsiniz.
Əkizlər - Mühüm məsələlərin həlli üçün əlverişli zamandır. Daşınmaz əmlak məsələləri və ya maliyyə problemlərini çözməyə başlayın. Çoxdan bəri planlaşdırdığınız işi görün. Alış-verişdə simiclik etməyin.
Günün ikinci yarısında yaxınlarınız və qohumlarınızla ünsiyyətdə qayğıkeş, səmimi olun. Çətin vəziyyətə düşmüş insanın yardım çağırışlarını qulaqardına vurmayın.
Ailə üzvlərinizdən birinə maddi yardım gərəkdir.
Xərçəng - Karyeranızın inkişafı üçün əhəmiyyətli addımlar atmaq üçün münasib zamandır. Yeniliyi əxz edin, biliklərinizi artırın. Peşəkar vərdişlərinizi zənginləşdirə bilərsiniz. Humanitar fəaliyyətlə məşğulsunuzsa, nailiyyətlər olacaq.
Günün ikinci yarısında alış-veriş pis olmayacaq.
Dəyər verdiyiniz insanla və ya sevdiyiniz şəxslə mübahisə edibsinizsə, qarşılıqlı anlaşmaya nail olmağa can atın. Barışıq yolunda ilk addımı siz atın.
Axşam saatlarında normal istirahət edin.
Şir - Bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün əlverişli zamandır. Yardım istəyən insana kömək edin. Ədalətli olun, münasibətləri kobudluq və qabalıqla korlamayın. Yaşama sevinin. Ən çətin işlərin öhdəsindən gələ bilərsiniz.
Günün ikinci yarısında gəlirləri artırmaq şansları var. Sevdiyiniz insanla mübahisələrdə emosional olmayın, güzəştə getməyi bacarın.
Axşam saatlarını dəyər verdiyiniz insanlarla, dostlarla keçirin.
Qız - Günün ilk yarısında emosiyalara qapılmayın. Sehr və ya möcüzə olmayacaq. Bəxtə güvənsəniz, problemləri həll etmək asan olmayacaq. Özünüzə, qüvvənizə inanın. Bədbin olmayın.
Günün ikinci yarısında prinsiplərinizə xəyanət etməyin.
Sevdiyiniz insanın davranışı sizi heyrətləndirə bilər. Hədiyyə və ya sürpriz istisna deyil. Yaxınlarınızla münasibətlərə dəyər verin. Səbirli olun ki, məqsədə çatasınız.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Tərəzi - Fəaliyyətinizi daha effektiv etməyə çalışın. Zəhmətiniz hədər getməməlidir. Çətinliklərin öhdəsindən gəlməyin ən münasib yollarını arayın. Karyera müstəvisində irəliləməyə çalışın. İmic və vərdişlərn bir qismini dəyişməyin vaxtı çatıb.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə fikir ayrılıqlarını həll edin. Güzəştlərə meylli olun. Yaxın gələcəklə bağlı planları yaxınlarınızla müzakirə edə bilərsiniz. Səbirli, təmkinli olun. İradlara soyuqqanlı münasibət bəsləyin.
Axşam saatlarında gəzintiyə yollanmaq olar.
Əqrəb - Günün ilk yarısında qarşılaşdığınız problemlərin həlliü çün yanlış qərarlar verməyin. Rəğbət bəsləmədiyiniz insanlarla belə, yola getməyə, dil tapmağa çalışın. Situasiyadan yararlanın, fikir ayrılıqlarını aradan qaldırın. Maliyyə məsələlərini çözmək üçün münasib zamandır.
Günün ikinci yarısında hesabları ödəyin, borcları qaytarın.
Yaxın ətrafınızdakı insanlar dediklərinizə qulaq asacaqlar. Onlara təsir etməyə çalışın. Məsləhət və yardım istəyəni dinləyin.
Sevdiyiniz insanla axşam saatlarında söhbət zamanı diqqətli olun. Həmin şəxsin hissləri ilə oynamayın.
Oxatan - Yaşam təcrübənizdən yararlanaraq qətiyyət və iradəli çalışsanız, işləri yoluna qoya bilərsiniz. Təşəbbüskar olun, yaxın ətrafınızdakı insanların resurslarından istifadə edin. Məntiqli olun, emosiyalara qapılmayın. İmkanlarınızla resurslarınızı dəqiq qiymətləndirin.
Günün ikinci yarısında həddən artıq ağır işə başlamayın. İfrat yorğunluq riski var.
Şəxsi münasibətlərdə aktiv olun. Dəyər verdiyiniz insan sizdən ilk addımı və ya konkret qərarı gözləyir. Dəyişikliklər olacaq. Lakin onların miqyas və intensivliyini anlamaq asan deyil.
Oğlaq - Günün ilk yarısından etibarən intensiv işləməyə başlayın. Son vaxtlar sizi narahat edən problemləri həll edin. Yarımçıq işləri tamamlayın. Vaxtınızı faydalı keçirin. Yeni biliklər əldə etmək, təcrübəni zənginləşdirmək üçün əlverişli zamandır. Çoxdan bəri planlaşdırdığınız layihəni reallaşdırmağa başlayın.
Günün ikinci yarısında aktiv olun. Dostlar və həmfikirlərlə bir araya gələrək kollektiv fəaliyyət göstərmək olar. Münasibətləri inkişaf etdirmək istəyirsinizsə, həssas və qayğıkeş olun.
Axşam saatlarında normal istirahət edin.
Dolça - Adi günlərdən fərqli olaraq daha çox işləməli olacaqsınız. Bir qədər əvvəl hazırladığınız planlardan imtina etməlisiniz. Mürəkkəb işləri yarımçıq qoymayın. Gərəkli nəticəni əldə edəndən sonra boş yerə çalışmadığınızı anlayacaqsınız. İşgüzar görüş pis keçməyəcək. İndiyədək ideyalarınızı kəskin tənqid edən insanlara təsir etmək imkanlarınız var.
Günün ikinci yarısında emosiyaların təsirinə uymayın. Xoş hisslər bəxş edəcək ünsiyyət olacaq. Təmasların gedişatı istək və niyyətlərinizdən asılıdır.
Ailənizdə kiçik fikir ayrılıqları mümkündür. Ciddi münaqişəyə yol verməmək üçün əlinizdən gələni edin.
Balıqlar - Uğurlu zamandır. İntuisiyanız güclü olsun. Situasiyadan asılı olaraq davranış modelini sürətlə dəyişmək, gərəkli sonuca nail olmaq üçün çeviklik nümayiş etdirmək gərəkdir. Yeni biliklər və bacarıqlar əldə edə bilərsiniz. Müttəfiqlərinizin yardımları ilə peşəkar müstəvidəki problemləri həll edə bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə sərvaxt olun. Gəzintiyə çıxmaq üçün pis zaman deyil. Yola çıxarkən darıxmayacağınıza əmin olun. Yaxşı dostlarla istirahət etməyə çalışın.
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SƏHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb
Prezident İlham Əliyev general-qubernatora məktub ünvanlayıb - MƏTN
Şəhid şair Bəhmən Abuzəroğlunun xatirəsi yad edildi - FOTOLAR
Bakıda narkokuryer 10 kq narkotiklə tutulub
QIZIL REKORD HƏDDƏ BAHALAŞDI - QİYMƏTLƏR
Bakıda məşhur hoteldə ofisiant iş yoldaşını öldürüb
ƏMƏK PENSİYALARI BU QƏDƏR ARTIRILACAQ - Deputat məbləği açıqladı
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
İranda etirazlar davam edir - Ölənlərin sayı 5848-ə çatıb
Göygöl rayonunda 26 yaşlı gənc 37 yaşlı kişini öldürüb
İsrail Livana yenə zərbələr endirib
Bakıda yaşlı qadın öldürülüb
"Bizimlə donuzdan da pis rəftar edirdilər" - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
Çində dünyanı silkələyən skandal: məşhur general nüvə sirlərini ABŞ-a satıb - Cinayət işi açılıb
Türkiyədə zəlzələ olub - 4.4 bal gücündə
Bu gün magistraturaya sənəd qəbulu başa çatır