ÜST-dən xəbərdarlıq: "Delta" və "omikron" ştamları yeni pandemiya dalğasına səbəb olacaq"

img

29-12-2021 [22:23]


Koronavirusun "delta" və "omikron" ştamları yeni pandemiya dalğasına səbəb ola bilər.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus bildirib.

“Delta” və “omikron” variantlarına görə yoluxma hallarının sayı artır, bununla da xəstəxanaya yerləşdirmə və ölüm halları artır.

ÜST rəhbəri deyib ki, xüsusi narahatlıq doğuran məqam "omikron" variantının daha yoluxucu olmasıdır.

O, əlavə edib ki, peyvənd bərabərsizliyinə son qoyulması koronavirusun yeni variantlarından qorunmaqda əsas elementdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA