Son bir neçə ildə 170 meşə mühafizə əməkdaşı işdən çıxarılıb

img

29-12-2021 [12:44]


"Son bir neçə ildə 170 meşə mühafizə əməkdaşı işdən çıxarılıb, 155 nəfər barəsində ciddi intizam tədbirləri görülüb, 91 nəfərə töhmət və ya xəbərdarlıq elan olunub".

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyində şikayət xarakterli 2 437 müraciət daxil olub: "Araşdırmaların nəticəsi olaraq 2 488 akt tərtib edilib. Onlardan 65-i haqqında inzibati xətalar haqqında protokol olub. 441 474 manat qanunsuz meşə qırıntısı ilə bağlı cərimə tətbiq olunub. 124 iş cinayət tərkibi yaratdığından hüquq mühafizə orqanlarına, 26 iş prokurorluğa təqdim olunub"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA