DİN-dən İmişlidə 14 yaşlı qızın nişanlanması ilə bağlı - Açıqlama

img

29-12-2021 [11:09]


İmişli rayonunda 14 yaşlı qızın nişanlanması ilə bağlı yayılan məlumata Daxili İşlər Nazirliyindən açıqlama gəlib.

Mia.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidovun Oxu.Az-a verdiyi məlumata görə, faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb:

“Azyaşlının valideynləri də polis şöbəsinə dəvət olunub, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb. Həmçinin azyaşlının qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.

Xatırladaq ki, İmişlidə azyaşlının nişanlanması ilə bağlı məlumatlar yayılıb. Yanvarda toyu olacaq 14 yaşlı qızın ailəsi ilə danışıqlar aparılıb. Yayılan məlumatlar əsasında aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülərək, keçiriləcək toy mərasiminin qarşısı alınıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA