ASELSAN-ın rəhbəri Azərbaycandakı hədəflərini açıqlayıb

img

29-12-2021 [10:41]


Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün Azərbaycandakı hədəflərini açıqlayıb.

O, rəsmi qəzetə müsahibəsində kritik mülki texnologiyalar və hərbi tex­nologiyaların iç-içə olduğu dövrdə qabaqcıl texnologiya həlləri təklif edən müdafiə sənayesi şirkətlərinin mülki sahələrdə də fəaliyyət göstərməsinin günün zərurəti olduğunu bildirib.

"Bu istiqamətdə ASELSAN olaraq Türkiyədə olduğu kimi, Azərbaycanda da fəaliyyətimizi müvafiq qurumların həll ortağı məntiqi ilə həyata keçiririk. Biz Azərbaycanda ağıllı şəhərlər, siqnalizasiya və avtomatlaşdırma kimi strateji əhəmiyyətli mülki layihələrlə fəaliyyət göstərməyi hədəfləyirik", - o vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA