Teymur Musayev: "Əgər poliklinikaların vitamin komplekslərini verməməsi ilə bağlı məlumatlar varsa..."

img

28-12-2021 [17:56]


Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev evdə müalicə alan şəxslərin poliklinikaların vitamin komplekslərini verməməsi ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.

O, jurnalistlərə açıqlamasında deyib ki, evdə müalicə yoxdur, dəstək var: "Həmin dəstək də vitaminlər. mikroelementlər kompleksidir. Koronavirus evdə spesifik dərmanlarla müalicə olunmur. Koronavirus yalnız xəstəxana şəraitində müalicə olunur. Əgər poliklinikaların vitamin komplekslərini verməməsi ilə bağlı məlumatlar varsa, nazirliyə məlumat verilsin. Bu komplekslərin sadəcə imtiyazlı ailələrə verilməsi ilə bağlı fikir yanlışdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA