Prezidentin köməkçisindən xəbərdarlıq: "COVID-19 pasportunun vaxtı bitənlər qapalı məkanlara buraxılmayacaq"

img

28-12-2021 [17:32]


Azərbaycanda COVID-19 pasportunun və immunitet sertifikatının müddətinə məhdudiyyət qoyulur”.

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələn il fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən ediləcək: "İkinci dozadan 6 ay sonra COVID-19 pasportu öz qüvvəsini itirmiş olacaq".

PA rəsmisi deyib ki, gələn il fevralın 15-dən sonra vaxtı keçmiş COVID-19 pasportu ilə qapalı məkanlara giriş qadağan ediləcək.

Onun sözlərinə görə, hazırda müəyyən yerlərə yalnız COVID-19 pasportu ilə daxil olmaq mümkündür: “Ancaq vaxtı keçmiş COVID-19 pasportu ilə həmin məkanlara daxil olmaq mümkün olmayacaq. Bu məhdudiyyətlər fevralın 15-dən tətbiq olunacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA