Dünyanın ən xoşbəxt və bədbəxt ölkələrinin adları açıqlandı - Siyahıda Azərbaycanın da adı var

img

28-12-2021 [18:01]


Dünyada həyatından razı və narazıların fərqindən ibarət olan “xoşbəxtlik indeksi” ən yüksək 5 ölkədən biri də Azərbaycandır.

Bu qənaət “Gallup İnternational” beynəlxalq müstəqil araşdırma agentlikləri birliyinin keçirdiyi dünya rəy sorğusunda əksini tapıb.

Sorğunun nəticələrinə görə dünyanın 5 ən xoşbəxt ölkəsi ardıcıl olaraq Kolumbiya (+79), Qazaxıstan (+76), Albaniya (+74), Malayziya (+73), Azərbaycandır (+70).

Ən bədbəxt ölkələr isə Qana (+2), Əfqanıstan (+9), Honq Konq (+11), İraq (+17), Rusiyadır (+18).

Bununla yanaşı, “Ümid indeksi”nin (Hope İndex) səviyyəsinə görə ölkələrin reytinqində nikbin ölkələr arasında İndoneziya (+72), Albaniya (+65), Azərbaycan (+53), Nigeriya (+51), Meksika (+47), Vyetnam (+47), bədbinlər arasında da Türkiyə (-34), Bolqarıstan (-34), Əfqanıstan (-32), Polşa (-30), Çex Respublikası (-25) üst yerlərdədir.

2022-ci il üçün iqtisadiyyatla bağlı daha nikbin ölkələr Nigeriya, İndoneziya, Vyetnam, Azərbaycan, Albaniya, Hindistandır.

Əksinə, iqtisadi çətinliklər olacağını güman edənlərin üstünlük təşkil etdiyi ölkələr Türkiyə, Bosniya və Herseqovina, Bolqarıstan, Polşa, Rumıniya, Əfqanıstan, Almaniyadır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA