İsrail səfirliyi Ağdam, Bərdə və Tərtərdə uşaqlara Yeni İl hədiyyələri paylayıb - FOTOLAR

img

28-12-2021 [16:39]


İsrailin Azərbaycandakı səfirliyi Ağdam, Bərdə, Tərtər rayonlarındakı uşaqlara Yeni İl hədiyyələri verib.

Mia.az xəbər verir ki, bu barədə səfirlik tviter hesabında məlumat paylaşıb:

“Yeni İli qeyd etmək üçün səfirlik və “Lu-Mun” şirkəti bayram sovqatlarını Ağdam, Bərdə və Tərtər uşaqları ilə paylaşmaq qərarına gəlib. Biz onlara Santa Klaus vasitəsilə kitablar, isti geyimlər, məktəb ləvazimatı, oyuncaqlar və s hədiyyələr göndərdik. Bu uşaqlar ötən il müharibə zamanı çətin dövr yaşayıblar. Biz səfirlik olaraq “Lu-Mun”dakı tərəfdaşlarımızla birgə onlara layiq olduqları dinc, ləyaqətli, şən həyata nail olmaqda kömək olmaq istərdik. Yeni 2022-ci iliniz mübarək olsun!”

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA