Yeni komandolar xüsusi təlimdə - VİDEO

img

28-12-2021 [12:28]


Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində taktiki-xüsusi təlimlər keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib.

Diversiya qrupunun təxribatının qarşısını almaq məqsədilə “Həyəcan” siqnalı ilə qaldırılan komandolar daimi dislokasiya məntəqəsini tərk etməklə əməliyyat rayonu istiqamətində hərəkət ediblər.

Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə müxtəlif yerdəyişmə üsulları icra olunub. Hərəkət zamanı şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən pusquya düşən komandolar çevik qərar qəbul edərək pusqunu dəf etmə və ərazidə kəşfiyyat aparma qaydalarını məşq ediblər.

Təlimin əsas məqsədi şəxsi heyətin gündüz və gecə məhdud görmə şəraitində taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Komandolar təlimdə yüksək peşəkarlıq nümayiş etdirərək bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA