Qusarda çay evinin icarədarı həbs edilib, 5 nəfər isə cərimələnib - FOTO

img

28-12-2021 [11:35]


Qusarda karantin qaydalarını pozan çay evinin icarədarı həbs edilib.

Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupuna istinadla bildirir ki, Qusarda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

Obyektin icarədarı Quba rayon sakini Emin Nəzirov Qusar rayon məhkəməsinin qərarı ilə 8 gün müddətinə inzibati həbs edilib. Çay evində olan digər 5 nəfər şəxs barəsində də qanunvericiliyə uyğun tədbirlər görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA