Kamal Abdulla Moskvada ermənilərlə görüşdən danışdı: "Biz “Sabah necə yaşayacağıq?” prinsiplərindən danışdıq" - MÜSAHİBƏ
28-12-2021 [10:57]
Azərbaycan və Ermənistanın bir qrup ziyalısı Moskvada Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyi ilə görüşüblər.
Bu görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı İrəvan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, İrəvan Rus Dram Teatrının direktoru Marianna Mxitaryan və Ermənistan Kinematoqrafçılar İttifaqının prezidenti Harutyun Xaçatryan təmsil edib.
Mia.az xəbər verir ki, AzVision.az Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı Kamal Abdullanın görüşdən sonrakı fikirlərini öyrənib.
– Görüşümüz siyasətdən tamamilə uzaq bir şəkildə xalqlarımızın gələcəkdə dinc yaşamasının mədəni, etik bünövrələrinin müəyyənləşdirilməsi məqsədini daşıyırdı. Bu baxımdan yanaşanda belə görüşlərə ehtiyac olduğunu düşünürəm. Zənn edirəm ki, müharibəsiz gələcəyimiz və bu ərazilərdə yaşayan insanları bir-birinə yaxınlaşdırmaq üçün hansısa addımları atmaq lazımdır. Doğrudur, bizim problemlərimiz hələ bitməyib. Olsun ki, onların da hansısa arzuları, niyyətləri həyata keçməyib, daşa dəyib. Əlbəttə ki, bunlar siyasi və digər müstəvilərdə olan məsələlərdir. Bizim müstəvimiz isə sadəcə ona yönəlmişdi ki, erməni tərəfi ilə biz gələcəkdə bir- birimizi anlaya biləcəyikmi, yoxsa yox? Məqsəd bu sualın cavabını axtarmaqdan ibarət idi.
– Baxışlar üst -üstə düşdümü?
– Mənə elə gəlir ki, bu görüş səmimi bir şəraitdə keçdi. İnandıq ki, Ermənistan tərəfi də gələcəklərini müharibəsiz, savaşsız görmək istəyir. Onlar da “dinc, yanaşı yaşamaq istiqamətində nə edə bilərik?” sualına cavab axtarırlar. Bu, əlbəttə, bizim üçün də maraqlı idi. Qalib xalqın nümayəndələri kimi həm də onda maraqlıyıq ki, bizim həqiqətimizi onlar qəbul etməyə məhkumdurlar. Belə də olacaq. Həqiqət ondan ibarətdir ki, Qarabağ Azərbaycandır! Bunu müzakirə etməyə qəti ehtiyac yoxdur. Müharibə və status məsələsi geridə qaldı. Biz bu gün “Sabah necə yaşayacağıq?” prinsiplərindən danışdıq. Və elə güman etdik ki, bizim qəlbimizdə şəfqət olmalıdır. Bir-birimizə qarşı inamsızlığı yox etməliyik. Gələcək nəsillərin həyatını firavan qurmaq üçün müəyyən əsasları axtarıb tapmaq vacibdir.
– Qarşı tərəf bu məsələdə “əl uzatmağa” hazırdırmı?
– Bəli. Görüş çox normal və mədəni şəraitdə keçdi. Heç bir tərəfdən hansısa tikanlı atmaca olmadı. Bir-birimizin dediklərini anladıq. Tarixmizin bizi birləşdirən məqamlarını yadımıza saldıq. Ümumi mövzularda, xalqlar dostluğundan yazan şair və dramaturqlar yada düşdü. Gələcəyə hansısa addımları bu cür atmaqla irəliləmək olar.
– Bu görüşlərin davamı olacaqmı…
– Orada belə bir təklif oldu ki, görüşlər bir az genişləndirilmiş, daha gənc qüvvələrin də əlavə edilməsi formatında davam etsə, məqsədəuyğun olar. Düşünürəm ki, əgər bu görüşlər böyük siyasətə azacıq da olsa, fayda verərsə, böyük siyasətin qurulması işində öz xeyirxah missiyasını yerinə yetirərsə, bəli, bu görüşləri davam etdirməyə dəyər.
– Necə fikirləşirsiniz, erməni ziyalıların revanşist qüvvələrə hansısa bir təsiri olacaqmı? Qarabağ erməniləri onları dinləyəcəkmi?
– Onu demək bizə yəqin ki, çətin olar. Çünki Ermənistanda daxildə də ciddi siyasi qarşıdurmalar var. Bu ziyalılar ölkədə birmənalı şəkildə qarşılanmırlar. Onlara inamsızlıq göstərən insanlar və jurnalist dəstələri var. Bəlkə də onlar elə belə hesab edirlər ki, bu istiqamətdə danışıqlar aparmağa dəyməz. Mənə elə gəlir ki, öz aralarında olan ziddiyətləri ləğv edərlərsə, bir-birlərini anlayarlarsa, bu cəmiyyət əvvəl-axır başa düşəcək ki, azərbaycanlılar qəlbi, ürəyi açıq bir xalqdır. Və azərbaycanlıları erməni tərəfi heç zaman yalançı səmimiyyətləri ilə aldada bilməyəcək. Mənə elə gəlir ki, əgər onlar bu anlayışı özləri üçün müəyyənləşdirsələr, ancaq xeyirlərinə olar.
– Erməni ziyalıları müharibənin labüdlüyünü qəbul ediblərmi?
– Onlar müharibənin nəticəsini tam olaraq qəbul ediblər. Bu onların psixoloji vəziyyətində də özünü göstərirdi. Əlbəttə ki, gələcəklərini müharibəsiz görmək istəyirlər. Buna isə erməni tərəfini Azərbaycanın gücü, qətiyyəti, cəsarəti məcbur etdi.
Avropa Liqası: "Fənərbağça" ilk 8-liyə qalma fürsətini qaçırdı
Türkiyə futbolunda mərc oyunu: daha 103 menecer cəzalandırıldı
Rusiya hərbi təyyarəsi Suriyaya gəldi - Moskva nə etmək istəyir?
Bloger ölkədən qaçdı: "Polis qorxusuyla hər gecə..."
Ukrayna prezidenti Davosda: "Avropa gələcəyi müzakirə etməyi sevir, amma..." - Avropa qorxmamalı, daha cəsaərtli olmalıdır!"
CHP sədri Baxçalıya səsləndi: "Böyüklük elə, raconu kəs!"
Zelenski ABŞ-Rusiya-Ukrayna heyətlərininin görüşəcəyini açıqladı - "Putin niyə mühakimə olunmur?"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qazaxıstan Sülh Şurasına maliyyə haqqı ödəmədən qoşulub
Məşhur YAP-çı parlamentə çağırış etdi: "Bəzi şərəfsizlər..."
Prezident İlham Əliyev Davosdan bu görüntüləri paylaşdı - VİDEO
Prezident və ailə üzvləri Donald Trampla rəsmi görüşdə - FOTOLAR
Rəsmi Moskva: "Fransa ilə münasibətlərin bərpası mümkün görünmür"
Zaxarova: "Rəsmi Tehran bununla dağıdıcı planı pozdu"
Rusiya XİN: "ABŞ-ın Rusiya vətəndaşlarını buraxmaması..."
Kamran Əsədov yenidən hakim qarşısında: Şahidlər nə deyir? - Ekspert barədə polisə növbəti şikayət olunub
Polis əməliyyatı: iki nəfər 46 kq marixuana ilə qandallandı - VİDEO
Şərurlu İsfəndiyarın restoranında kütləvi dava: iş adam və bloger ətrafı kimə hücum çəkib? - FOTOLAR
Qanunsuz mərc reklamı: klub prezidenti aylıq gəlirini açıqladı
Acun Ilıcalının biznes şəriki qandallandı - Hava limanında
Məmməd Alpayın məhkəməsi başlayıb
Ermənistan Sülh Şurasına necə qoşulub? - XİN açıqladı
Prezidentin adından saxta açıqlama yayılıb - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Edin Dzeko "Şalke"yə keçdi - 16 oyunluq müqavilə imzalanıb
"Rəşidsevərlərdən üzr istəyirəm" - Şərif Ağayar
İsrail ordusu Qəzza zolağını bombalayıb
Türkiyə Mərkəzi Bankı faiz və kredit dərəcələriylə bağlı qərar verib - Bir faiz geri çəkildi
ABŞ Kuba ilə bağlı müdhiş plan hazırlayıb - "Ölkə rəhbərliyi ilin sonuna qədər dəyişəcək"
80 yaşlı Misir Mərdanov israrla inkar edirdi, lakin... - Sabiq nazir Ramiz Mehdiyevin arvadının vəzifəsinə "əyləşdi"
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad etdi - Yeni təyinat
Kamran Əliyev prokurorları topladı - Korrupsiya ilə bağlı əməliyyat müşavirəsi keçirilib
ƏRDOĞANIN OĞLUNA VARİSLİKLƏ BAĞLI SUAL VERİLDİ: "Anam ərəb kökənlidir, evdə..." - VİDEO
SƏHİYYƏ SİSTEMİNDƏ DƏYİŞİKLİK: onkoloji xəstələr özəl klinikalarda da pulsuz müalicə alacaq
Prezident Davosda - İlham Əliyev "Sülh Şurası"na üzvlüklə bağlı sənədi imzaladı - VİDEO, FOTOLAR (Yenilənib)
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Almaniyada 250 kq bomba aşkarlanıb
İmişlidə ikimərtəbəli ev yanıb
Sabah hava necə olacaq? - PROQNOZ
"Qarabağ"ın cibi yenə pulla doldu