Magistraturaya sınaq imtahanının nəticələri elan olunub - Cavabları necə öyrənmək olar?

img

27-12-2021 [17:12]


Dövlət İmtahan Mərkəzi dekabrın 26-da keçirilən sınaq imtahanının nəticələrini elan edib.

Mia.az xəbər verir ki, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Bakalavrlar imtahan nəticələri barədə məlumatı, iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 290 nəfərdən 13 nəfər imtahana gəlməyib.

Xatırladaq ki, imtahanda ən yüksək nəticə göstərən 25 bakalavr 2022-ci il yanvarın 17-də DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında keçiriləcək “Açıq qapı” gününə dəvət olunacaq. Görüşdə DİM-in məsul işçiləri tərəfindən bakalavrlara proqram və ixtisas seçimi ilə əlaqədar məsləhət və tövsiyələr veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq. Bakalavrlar DİM-in binasında yaradılmış və milli qiymətləndirmə sistemimizin tarixi inkişaf yolunu əks etdirən muzeylə də tanış olacaqlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA