Azərbaycanda daha bir medal təsis olunub

img

27-12-2021 [14:30]


Prezident İlham Əliyev “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005 – 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Mia.az xəbər verir ki, qanuna əsasən, “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” medalı və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalı təsis olunub.

“Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsviri” təsdiq edilib.

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005 – 2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005 – 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA