Rəsmi Bakı: "Azərbaycan Ermənistan tərəfini işçi qrup yaratmağa, sərhədin delimitasiyası və..."

img

27-12-2021 [12:12]


"Azərbaycan və Ermənistan arasında sərhədin müəyyən edilməsi vacib məsələdir".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında bildirib.

“Azərbaycanın qələbəsi sayəsində yeni reallıqlar yarandı. Soçi görüşü də daxil olmaqla, bir neçə dəfə sərhədlərin delimitasiyası üzrə işlərə başlamaqla bağlı təkliflər olsa da, hələlik heç bir addım atılmayıb. Azərbaycan əvvəlki kimi Ermənistan tərəfini bu məsələ ilə bağlı işçi qrup yaratmağa, sərhədin delimitasiyası və demarkasiyası üzrə işlərə başlamağa çağırır"./Report“

Nazir 3+3 formatında platformanın yaradılmasının regional səviyyədə münasibətlərin inkişafına töhfə verdiyini də vurğulayıb.

Onun sözlərinə görə, uzun danışıqlara baxmayaraq, 3+3 platformasının ilk görüşü dekabr ayında keçirildi, lakin Gürcüstan bu tədbirdə iştirak etmədiyindən görüş 3+2 formatda baş tutdu.

Ceyhun Bayramovun sözlərinə görə, belə bir platformanın yaradılması regionda nəqliyyat və təhlükəsizlik sahələrinin inkişafına müsbət təsir göstərməlidir: “Gürcüstan bu görüşdə iştirak etməsə də, danışıqların nəticələrini ona təqdim etmək barədə qərar qəbul edilib”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA