Komitə sədri köməkçisinə yüksək vəzifə verdi 

img

27-12-2021 [10:26]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub.

Bununla bağlı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı əmr imzalayıb.

Əmrə əsasən, qurumun Aparat rəhbəri vəzifəsinə Amil Cavadov gətirilib. O, bu təyinata qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi işləyib.

Eyni zamanda, bu il sentyabrın 13-də Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.

Qeyd edək ki, Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov sentyabrın 13-də koronavirusdan vəfat edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA