Koronavirus bədəndə yeddi aydan çox qala bilir - Araşdırma

img

26-12-2021 [19:27]


ABŞ-ın Milli Sağlamlıq İnstitutunun alimləri SARS-CoV-2 virusunun bədəndə qalma müddətini müəyyən ediblər.

"RİA Novosti"n məlumat verir ki, araşdırmaya görə, SARS-CoV-2 virusu bədənin əksər orqanlarına, xüsusən də ürək və beyinə daxil olaraq orada yeddi aydan çox qala bilir.

Alimlər 230 günə yaxın müddətdə müxtəlif anatomik bölgələrdə apardıqları müşahidələr nəticəsində bu qənaətə gəliblər. Müşahidələr zamanı SARS-CoV-2 orqanizmin demək olar ki, hər bir orqanında aşkar edilib. Hətta yüngül simptomları olmayan xəstələrdə də virus orqanizmdə geniş yayılır.

Bununla belə, elm adamları ağciyərlərdən kənarda heç bir ciddi iltihab aşkar etmədiklərini vurğulayıblar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA