İLHAM ƏLİYEV RUSİYAYA GEDİR - MDB dövlət başçılarının qeri-rəsmi toplantısı olacaq

img

24-12-2021 [16:30]


Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinin qeyri-rəsmi zirvə görüşündə iştirak edəcək.

Kremlin mətbuat xidmətinin məlumatına görə, dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ənənəvi olaraq MDB üzv ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

Tədbirdə Prezident İlham Əliyevlə yanaşı, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistan baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasımcomərt Tokayev, eləcə də ilk prezident, Elbaşı Nursultan Nazarbayev, Qırğız Respublikası Prezidenti Sadir Caparov, Özbəkistan Prezidenti Şovkat Mirziyayev, Tacikistan Prezidenti İmaməli Rəhman, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA