Gürcüstanın Baş naziri İlham Əliyevlə telefonda danışıb

img

24-12-2021 [16:12]


Dekabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

İrakli Qaribaşvili Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Gürcüstanın Baş nazirinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Gürcüstan ikitərəfli dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA