Deputatlar bu şəxslərin Apellyasiya məhkəmələrinə hakim təyinatına razılıq verdi - SİYAHI

img

24-12-2021 [13:07]


Parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.

Mia.az xəbər verir ki, müzakirələrdən sonra qərar layihəsi qəbul edilib.

Belə ki, Azərbaycan parlamenti Məhkəmə Hüquq Şurasının təklifləri nəzərə alaraq aşağıdakı apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsinə razılıq verib:

- Bakı Apellyasiya Məhkəməsi üzrə:

Hüseyn Cavid Vaqif oğlu;
Oruczadə Aytən Pənah qızı.

- Gəncə Apellyasiya Məhkəməsi üzrə:

Həsənov İslam Telman oğlu;
İsgəndərova Aygül Vulqar qızı.

- Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:

Məmmədov Zahid Tahir oğlu.

- Şəki Apellyasiya Məhkəməsi üzrə:

Cavadova Günay İsmayıl qızı.

- Şirvan Apellyasiya Məhkəməsi üzrə:

Abdullayev İlkin Qismət oğlu;
İsmayılov Orxan Nadir oğlu.

****

Azərbaycanda apellyasiya məhkəmələrinə 8 hakim təyinatı ilə bağlı qərar layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Mia.az xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 23-də onlayn formatda keçirilən iclasında qərar qəbul edilib.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi üzrə Hüseyn Cavid Vaqif oğlu, Oruczadə Aytən Pənah qızı, Gəncə Apellyasiya Məhkəməsi üzrə Həsənov İslam Telman oğlu, İsgəndərova Aygül Vulqar qızı, Sumqayıt Apellyasiya Məhkəməsi üzrə Məmmədov Zahid Tahir oğlu, Şəki Apellyasiya Məhkəməsi üzrə Cavadova Günay İsmayıl qızı, Şirvan Apellyasiya Məhkəməsi üzrə Abdullayev İlkin Qismət oğlu və İsmayılov Orxan Nadir oğlunun hakimliyə namizədlikləri irəli sürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA