Prezident daha bir qanunu təsdiqlədi

img

23-12-2021 [18:42]


Azərbaycanla Yaponiya arasında kredit sazişinin müddəti artırılıb.

Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2021-ci il iyulun 6-da və noyabrın 12-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi barədə qanun imzalaması ilə mümkün olub.

Kredit sazişi JICA-nın Azərbaycana 32,851 milyard yapon yeni borc verməsini nəzərdə tutur.

Sənəd həmin vəsaitdən ən son istifadə müddətinin 2017-ci il mayın 29-dan 2021-ci il dekabrın 30-na dəyişdirilməsini nəzərdə tutur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA