Əmək qabiliyyətlilər 220 manat, pensiyaçılar 176 manat, uşaqlar... - Ünvanlı sosial yardım və yaşayış minimumu ilə bağlı dəyişiklik təsdiqləndi

img

23-12-2021 [18:17]


Prezident İlham Əliyev "Azərbaycanda 2022-ci il üçün yaşayış minimumu haqqında" qanunu imzalayıb.

Mia.az xəbər verir ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

***

Prezident İlham Əliyev "Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunu imzalayıb.

Mia.az xəbər verir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib.

Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA