Prezident "Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə"ni təsdiqlədi

img

22-12-2021 [17:10]


Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə" təsdiqlənməsi ilə bağlı fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmanla həmçinin Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin strukturu, hərbi qulluqçularının və mülki işçilərinin say həddi, ali zabit heyəti vəzifələrinin siyahısı da təsdiqlənib.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi mühafizəsini təmin etdiyi şəxslərin siyahısı barədə təkliflərini dövlət başçısına təqdim etməli, Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA