Ziya Məmmədovun qardaşı: "Məni heç kim aldatmayıb, alda da bilməz" - "İşdən gedəndən sonra Ramiz Mehdiyevlə görüşməmişəm"
22-12-2021 [11:56]
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədov Demokrat.az-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
— Elton müəllim, ilk olaraq elmi fəaliyyətinizlə bağlı danışardınız. Hazırda hansı yeniliklər var və nələr gözlənilir?
— Hazırda elmi fəaliyyətimi davam etdirirəm. Təhsil, tədrislə məşğulam, həmçinin kafedrada dərs deyirəm. Yəni, Azərbaycan ziyalısı kimi işlərimlə məşğulam.
— Siz daha çox dövlət sahəsində çalışmısınız. Bəs, övladlarınız necə?
— Düzü, uşaqlarımın hər biri özəl sektorda çalışır. Kiçik oğlum Milli Məclisdə 9 il işlədikdən sonra özəl sektorda çalışmağa başladı. Yəni, övladlarım dövlət sektorunda işləmirlər. Yəqin ki, özlərini orada görürlər və ölkə daxilində də öz şəxsi biznesləri var.
— Vəzifədə olmuş bir çox məmurlarımızın övladları xaricə üz tuturlar. Bəs, siz övladlarınızın xaricdə olmasına və orada fəaliyyət göstərmələrinə necə baxırsınız?
— Mənim uşaqlarımın heç vaxt xaricdə biznesi olmayıb və xaricdə olmağına da pis baxmıram. Yəni, kim harada özünü məqbul hesab edirsə, orada yaşasın. Təbii ki, vətəndaşlarımızın da xaricə getməsi pis məsələ deyil. Gedirlər, orada inkişaf edirlər və dövlətimizin, xalqımızın adını ucaldırlar. Orada yaxşı-yaxşı işlərlə məşğul olurlar. Bunlar dövlətimiz üçün çox müsbət addımlardır. Yəni, fərqi yoxdur, özəl sektorda, yaxud da ki, dövlət sektorunda fəaliyyət göstərirlər. Bütün hallarda fəaliyyətləri dövlətçiliklə bağlıdırsa, dövlətdə olan ictimai-siyasi həyatla bağlıdırsa və onlara xidmət edirlərsə, bunları müsbət dəyərləndirirəm. Çünki özəl sektorda da, dövlət də öz töhfələrini dövlətimizə, dövlətin iqtisadiyyatına verirlər.
— Elton müəllim, vaxtilə sizin AMEA-dan işdən çıxarılmağınızla bağlı bir sıra iddialar səsləndirilirdi. İddialardan biri akademik Ramiz Mehdiyevin sizin maliyyəniz hesabına akademiyanı təmir etdirməsi ilə bağlı idi. Hətta, sizi aldatmasıyla bağlı da fikirlər gəzir. Bu məsələ barədə sizin fikirləriniz maraqlıdır. Bu iddialar nə dərəcədə doğrudur?
— Xeyir, belə hallar yaşanmayıb. Məni heç kim aldatmayıb, alda da bilməz. Yəni, elə şey yoxdur və hər şey normaldır.
— Bəs vəzifədən çıxmağınızla bağlı Ramiz Mehdiyevlə aranızda böyük problemlərin yaşandığı deyilir…
— Mənim onunla aramda heç bir problem olmayıb. Olanlar da, hamısı ictimailəşib və həmin məsələlərə də aidiyyatı üzrə Səbail Rayon Məhkəməsində baxılıb. Təbii ki, məhkəmə də ədalətli qərar çıxardı və iş yerimə bərpa edildim. Yəni, işə bərpa və əmək münasibətləri üzrə iddialarım təmin edilib.
— Bu gün Ramiz Mehdiyevlə münasibətləriniz necədir?
— AMEA-dan gedəndən sonra onunla münasibətim olmayıb. Düşünürəm ki, işim məhkəmənin prosessual, konstitision müddətə uyğun bərpa ediləndən sonra, yəqin ki, iş prosesində münasibətim olacaq. İşdən gedəndən sonra isə Ramiz Mehdiyevlə görüşməmişəm. Təzəlikcə, məhkəmə qətnaməsi ilə iş yerimə bərpa olunmuşam. İndi konstitision müddəti gözləyirəm, ondan sonra fəaliyyətimə Azərbaycan Milli Elmlər Akademiyasında həminki vəzifəmdə çalışmağa başlayacağam.
— Necə düşünürsünüz, nə səbəbə görə, sizi işinizdən uzaqlaşdırmağa çalışırdılar? Bunu sizə qarşı bir haqsızlıq kimi dəyərləndirmək olarmı?
— Bəli, haqsızlıqdır və bəzi adamların öz çirkin niyyətlərini həyata keçirməkdir. Təbii ki, çalışdığım müddətdə dövlətçilikdə heç bir saxtakarlığa yol verməmişəm, ölkə rəhbərliyinin siyasətinə uyğun çalışdığımız sahədə dövlətin siyasətinə dəstək vermişəm. Bu gün də, o niyyətdəyəm.
— Sizə qarşı haqsızlığa yol verilən zaman AMEA-nın rəhbəri Ramiz Mehdiyev olub. Sirr deyil ki, onun icazəsi olmadan kimsə bu addımı ata bilməzdi. Bəs, siz necə düşünürsünüz?
— Bir adamın istəyi hələ ümumi ictimai rəy demək deyil. Əgər müəssisədə çalışan insan vicdanla öz vəzifə səlahiyyətlərini icra edirsə və digər yanaşmada rəhbərin çirkin niyyətini həyata keçirmirsə, o, demək deyil ki, o, vəzifə səlahiyyətlərini icra etmir. Mən vəzifə səlahiyyətimi üzərimə düşən əsasnaməyə uyğun həmişə harada işlədiyimdən asılı olmayaraq, həyata keçirmişəm. Hər zaman da dövlətçilik prinsipini öndə tutmuşam.
— AMEA-da işlədiyiniz müddətdə sizi çirkin işlər görməyə təhrik edənlər olubmu?
— Cəhdlər olub, amma imkan verməzdim ki, məni çirkin işlərə təhrik etsinlər. Bu, mümkünsüz bir şeydir.
— AMEA-nın prezidenti olmaq istərdinizmi?
— Harada məsləhət olunacaqsa, orada dövlətə xidmət edəcəm. İstər elm, istər təhsil, istərsə də təsərrüfat sahəsində, yəni harada istəyirlərsə. Bütövlükdə ölkə rəhbərinin əsgəriyik.
Aynurə Pənahqızı
Demokrat.az
Avropa Liqası: "Fənərbağça" ilk 8-liyə qalma fürsətini qaçırdı
Türkiyə futbolunda mərc oyunu: daha 103 menecer cəzalandırıldı
Rusiya hərbi təyyarəsi Suriyaya gəldi - Moskva nə etmək istəyir?
Bloger ölkədən qaçdı: "Polis qorxusuyla hər gecə..."
Ukrayna prezidenti Davosda: "Avropa gələcəyi müzakirə etməyi sevir, amma..." - Avropa qorxmamalı, daha cəsaərtli olmalıdır!"
CHP sədri Baxçalıya səsləndi: "Böyüklük elə, raconu kəs!"
Zelenski ABŞ-Rusiya-Ukrayna heyətlərininin görüşəcəyini açıqladı - "Putin niyə mühakimə olunmur?"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qazaxıstan Sülh Şurasına maliyyə haqqı ödəmədən qoşulub
Məşhur YAP-çı parlamentə çağırış etdi: "Bəzi şərəfsizlər..."
Prezident İlham Əliyev Davosdan bu görüntüləri paylaşdı - VİDEO
Prezident və ailə üzvləri Donald Trampla rəsmi görüşdə - FOTOLAR
Rəsmi Moskva: "Fransa ilə münasibətlərin bərpası mümkün görünmür"
Zaxarova: "Rəsmi Tehran bununla dağıdıcı planı pozdu"
Rusiya XİN: "ABŞ-ın Rusiya vətəndaşlarını buraxmaması..."
Kamran Əsədov yenidən hakim qarşısında: Şahidlər nə deyir? - Ekspert barədə polisə növbəti şikayət olunub
Polis əməliyyatı: iki nəfər 46 kq marixuana ilə qandallandı - VİDEO
Şərurlu İsfəndiyarın restoranında kütləvi dava: iş adam və bloger ətrafı kimə hücum çəkib? - FOTOLAR
Qanunsuz mərc reklamı: klub prezidenti aylıq gəlirini açıqladı
Acun Ilıcalının biznes şəriki qandallandı - Hava limanında
Məmməd Alpayın məhkəməsi başlayıb
Ermənistan Sülh Şurasına necə qoşulub? - XİN açıqladı
Prezidentin adından saxta açıqlama yayılıb - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Edin Dzeko "Şalke"yə keçdi - 16 oyunluq müqavilə imzalanıb
"Rəşidsevərlərdən üzr istəyirəm" - Şərif Ağayar
İsrail ordusu Qəzza zolağını bombalayıb
Türkiyə Mərkəzi Bankı faiz və kredit dərəcələriylə bağlı qərar verib - Bir faiz geri çəkildi
ABŞ Kuba ilə bağlı müdhiş plan hazırlayıb - "Ölkə rəhbərliyi ilin sonuna qədər dəyişəcək"
80 yaşlı Misir Mərdanov israrla inkar edirdi, lakin... - Sabiq nazir Ramiz Mehdiyevin arvadının vəzifəsinə "əyləşdi"
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad etdi - Yeni təyinat
Kamran Əliyev prokurorları topladı - Korrupsiya ilə bağlı əməliyyat müşavirəsi keçirilib
ƏRDOĞANIN OĞLUNA VARİSLİKLƏ BAĞLI SUAL VERİLDİ: "Anam ərəb kökənlidir, evdə..." - VİDEO
SƏHİYYƏ SİSTEMİNDƏ DƏYİŞİKLİK: onkoloji xəstələr özəl klinikalarda da pulsuz müalicə alacaq
Prezident Davosda - İlham Əliyev "Sülh Şurası"na üzvlüklə bağlı sənədi imzaladı - VİDEO, FOTOLAR (Yenilənib)
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Almaniyada 250 kq bomba aşkarlanıb
İmişlidə ikimərtəbəli ev yanıb
Sabah hava necə olacaq? - PROQNOZ
"Qarabağ"ın cibi yenə pulla doldu