Əli Əsədovun sədrliyi ilə iclas keçirilib - Nələr müzakrə olunub?

img

21-12-2021 [19:16]


Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə iqlim dəyişikliklərinin yaratdığı fəsadlar, dəyişikliklərə adaptasiya və təsirlərinin azaldılması məsələlərinə həsr olunmuş iclas keçirilib.

Nazirlər Kabinetindən Mia.az-a verilən məlumata görə, iclasda hökumət üzvləri və bəzi şəhər və rayonların icra başçıları iştirak ediblər.

İclasda iqlim dəyişiklikləri ilə bağlı Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklər, qlobal iqlim dəyişikliklərinin yaratdığı problemlər və onların təsirlərinin azaldılması istiqamətində görülən işlərin genişləndirilməsinin vacibliyi qeyd edilib.

İqlim dəyişikliyinin kənd təsərrüfatına, sosial sahəyə təsiri, təbii fəlakətlər və onların qarşısının alınması, təbii ehtiyatlardan səmərəli istifadəyə dair məruzələr dinlənildi və müvafiq tapşırıqlar verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA