PUTİNDƏN QARABAĞLA BAĞLI YENİ AÇIQLAMA: "Sülhməramlıların səyi nəticəsində..."

img

21-12-2021 [15:39]


“Artıq bir ildən çoxdur ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda sabitliyin qorunmasına yardım edir, onların səyi nəticəsində humanitar vəziyyət böyük ölçüdə yaxşılaşıb".

Mia.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniş kollegiya iclasında deyib.

O bildirib ki, Qarabağ zonasında bir sıra rayonların ərazisi minalardan təmizlənib, sosial infrastruktur obyektləri bərpa edilib, tarix və mədəniyyət abidələri qorunub saxlanılıb: "Sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlığına, dözümlülüyünə və əzmkarlığına görə təşəkkür etmək istəyirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA