Azərbaycanda “Omikron”a yoluxma faktı aşkarlanmayıb

img

20-12-2021 [17:12]


Azərbaycanda koronavirus infeksiyasının “Omikron” ştamına yoluxma faktı aşkarlanmayıb.

Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalar davam edir: “Azərbaycana xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb. Yeni ştam aşkar olunacağı təqdirdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “Omikron” ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA