Burun axması, baş ağrısı, asqırma və... - Alimlər “omikron” ştamının qeyri-adi simptomlarını aşkarlayıb

img

19-12-2021 [09:55]


Britaniyalı tədqiqatçılar “omikron” ştamının bugünədək rast gəlinməyən qeyri-adi simptomlarını aşkarlayıblar.

Məlumata görə, alimlər bu variantı əvvəlkilərdən fərqləndirən xüsusiyyətləri nümayiş etdiriblər.

Londondan olan COVID-19 xəstələrinin hesabatlarına görə, “omikron”un ən çox görülən simptomları burun axması, baş ağrısı, yorğunluq, asqırma və boğaz ağrısıdır.

“Local Express” mətbu orqanının jurnalistləri az rast gəlinən qeyri-adi infeksiya əlaməti kimi yuxusuzluq və iştahsızlığı göstəriblər.

Tədqiqatçıların fikrincə, Milad bayramına qədər Britaniyada “omikron” ştamı üstünlük təşkil edəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA