Ermənistan  Arazdəyən - Culfa - Ordubad - Mehri - Horadiz dəmir yolunun 45 km-lik hissəsinin bərpasına 200 milyon dollar ayırır

img

18-12-2021 [17:38]


Ermənistan hökuməti Arazdəyən - Culfa - Ordubad - Mehri - Horadiz dəmir yolunun 45 km-lik hissəsini bərpa etməyi planlaşdırır.

TASS xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

“Ekspertlərin ilkin hesablamalarına görə, dəmir yolunun Ermənistan ərazisindən keçən hissələrinin bərpasının indikativ dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edəcək. Ermənistan ərazisindən keçən həmin hissənin uzunluğu ümumilikdə 45 km-ə yaxın olacaq, dəmir yolunun ümumi uzunluğu isə təqribən 340 km-dir”, - o deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA