Deputat: "Bu maddə qanun layihəsindən çıxarılmalıdır”

img

17-12-2021 [12:00]


"Media haqqında” qanun layihəsindən bir maddənin çıxarılması təklif edilib.

Mia.az xəbər verir ki, bu təkliflə deputat Fazil Mustafa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bu gün keçirilən birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

O bildirib ki, layihədəki media savadlılığı ilə bağlı bənd aydın deyil: “Bu, medianın öz işidir. İstəyən savadlı olub pul qazanar, istəməyən savadsız olub gözdən düşər. Bunu ayrıca bir maddədə göstərməyin məntiqi yoxdur. Ona görə də hesab edirəm ki, 10-cu maddə qanun layihəsindən çıxarılmalıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA