KORPUS KOMANDANI VƏZİFƏDƏN AZAD OLUNDU - General haqqında maraqlı məlumatlar +FOTO

img

17-12-2021 [11:20]


Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusnun komandanı general-mayor Mübariz Rzayev vəzifəsindən azad olunub.

Mia.az xəbər verir ki, bu barədə Report-a hərbi mənbələrdən məlumat verilib.

Bilirilib ki, general-mayor öz istəyi ilə ordu sıralarından ehtiyata buraxılıb.

Qeyd edək ki, M.Rzayev 1968-ci il mayın 20-də Lənkəran şəhərində anadan olub. O, Vətən müharibəsinin komandanlarından biri olub, Cəbrayıl, Xocavənd, Zəngilan və Qubadlı rayonunlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib.

M.Rzayev 44 günlük Vətən müharibəsində şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

O, 2021-ci il martında Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusnun komandanı təyin olunmuşdu.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA